“Şamaxı” mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,
bölgə təmsilçisi braziliyalı futbolçu David Thomaz Dos Santos Oliveiranı heyətinə qatıb.
24 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 il şərtləri üzrə müqavilə imzalanıb.
David son olaraq Portuqaliyanın “Covilha” klubunda çıxış edib.
Qeyd edək ki, "Şamaxı" bundan öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, eləcə də legionerlər Diogo Balau, Karim Rossi və Sezar Henrikeni heyətinə qatıb.