Böyük Britaniya “Thales” şirkəti tərəfindən istehsal edilən 5 mindən çox zenit raketinin Ukraynaya tədarükü barədə müqavilə imzalayıb.
Bu barədə Britaniya hökumətinin saytında bildirilib.
Müqavilədə nəzərdə tutulur ki, ölkə 19 il ərzində Ukrayna üçün ümumi dəyəri 2,5 milyard funt-sterlinq olan raketlər istehsal edəcək.
Hava hücumundan müdafiə sistemləri üçün raketlər barədə müqavilə Romada Ukraynanın bərpası üzrə konfransda imzalanacaq.
Həmçinin, Britaniya 2026-cı ilə ərzində Ukraynaya 283 milyon funt-sterlinqə qədər ikitərəfli yardım göstərəcək. \\Report.Az