AZ

Makron və Starmer nüvə çəkindirməsi üzrə koordinasiya haqqında bəyannamə imzalayıb

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda nüvə çəkindirməsinin koordinasiyasına dair bəyannamə imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

“Bu səhər müstəqil nüvə çəkindirmə qüvvələrimizi koordinasiya etdiyimizi ilk dəfə təsdiq edən bəyannamə imzaladıq. Bu gündən razılaşdıq ki, qitəmiz üçün ekstremal təhlükə yaranarsa, bu, hər iki ölkədən reaksiyaya səbəb olacaq”, - Starmer Makronla birgə mətbuat konfransında deyib.

Böyük Britaniyaya səfərini başa vuran Fransa Prezidenti Makron əldə olunan razılaşmaları gələcək illər və onilliklər üçün əlamətdar hadisə adlandırıb. “Bu, həm tərəfdaşlarımızın, həm də rəqiblərimizin eşitməli olduğu bir mesajdır”, - o bildirib.

Yelisey sarayından verilən məlumata görə, London və Paris nüvə silahından çəkindirmə üzrə hərəkətlərin ən yaxşı şəkildə necə əlaqələndirilməsini öyrənmək üçün xüsusi birgə qrup yaradacaqlar.

Seçilən
25
3
report.az

4Mənbələr