AZ

Qiyməti 3 000 manatdan başlayan avtomobillər hərraca çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2 sentyabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə 24 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Qeyd edilib ki, hərraca çıxarılan nəqliyyat vasitələri Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Avtomobillərin start qiyməti 3 000 manatdan 10 500 manata kimidir. 

Nəqliyyat vasitələrinin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
12
1
banco.az

10Mənbələr