“Şamaxı” növbəti transferin adını açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda David Tomas Dos Santos Oliveyranı heyətinə qatıb.
"Şamaxı" braziliyalı futbolçu ilə ikiillik (1+1) müqavilə imzalayıb. 24 yaşlı David Tomas mərkəz müdafiəçisi mövqeyində çıxış edir.
Qeyd edək ki, komandanın yeni transferi son mövsümü Portuqaliyanın “Kovilya” klubunda keçirib. Tomas bütün turnirlərdə 30 oyunda iki qolla yadda qalıb.
İdman.biz