Azərbayca Premyer Liqasında çıxış edən “Turan Tovuz” növbəti transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, komanda Abdulla Rzayevi heyətinə cəlb edib.
“Sabah”a məxsus olan müdafiəçi icarə əsasında Tovuz təmsilçisinin şərəfini qoruyacaq. Əvvəllər “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta