Duşda üzünüzü yumaq göründüyü qədər düz olmaya bilər. Uzun müddət isti suya məruz qalmaq dərinin həssaslığını artıraraq quruluq, qıcıqlanma və rosacea (gül xəstəliyi) simptomlarını gücləndirə bilər.
News24.az bildirir ki, ABŞ və Böyük Britaniyadan mütəxəssislərin fikrinə görə, isti və uzun duşlar bəzi dəri problemlərini səbəb ola bilər.
Dermatoloq Ivy Lee bildirir ki, isti su rosacea xəstələrində damar genişlənməsinə səbəb ola bilər.
Üz baxımı üzrə mütəxəssis Abigail James isə isti suyun dəridəki təbii yağları azaldaraq dərinin qurumasına səbəb ola biləcəyini bildirir. O, ilıq su və qısa müddətli yuyunmanı tövsiyə edir. Mütəxəssislərə görə, əsas məsələ davamlı təmizliyə diqqət etməkdir. Axşamları makiyaj və kirlərin təmizlənməsi vacibdir, səhər yumaq isə şəxsi ehtiyaclara bağlıdır.