AZ

Azərbaycanda ərzağa 15 milyard manata yaxın pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin yanvar-iyun aylarında ərzaq məhsullarına 14 milyard 966 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyndi dövrü ilə müqayisədə 1,6% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
4
banco.az

10Mənbələr