AZ

Avrop İttifaqı Ukrayna üçün yeni FOND YARATDI

Romada keçirilən Ukraynaya yardım üzrə donorlar konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen respublikanın bərpası üçün yeni fondun yaradıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O bildirib ki, bu fondun yaradılmasında İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı da iştirak edib.

Onun sözlərinə görə, fondun təşkilatçıları tərəfindən təsdiqlənən qrantlar və kredit zəmanətləri Ukraynaya on milyard dollar özəl investisiya cəlb edəcək.

AK rəhbəri bu gün Avropa biznesmenlərini respublikaya sərmayə qoymağa çağırıb.

Seçilən
8
publika.az

1Mənbələr