Ukraynaya qarşı təcavüzdə iştirak edən bir neçə Azərbaycan vətəndaşının 4 aylıq həbs olunması xəbəri Rusiya mediasında və sosial şəbəkələrdə isterik reaksiya doğurub.
KONKRET.az xəbər verir ki, bir çox rusiyalı təbliğatçılar bu xəbəri paylaşarkən nəinki əsassız ittihamlarla çıxış ediblər, hətta “Bakı” və “Azərbaycan” sözlərini bilərəkdən kiçik hərflə yazıb, adları təhrif etməklə hörmətsizlik nümayiş etdiriblər.
Bu cür davranışlar, ekspertlərin fikrincə, son dövrlərdə Cənubi Qafqazda və beynəlxalq arenada dəyişən güc balansının bəzi dairələrdə yaratdığı narahatlıqdan qaynaqlanır. Hadisələrə adekvat reaksiya vermək əvəzinə, təhqir və təxribat dili ilə çıxış edən təbliğatçılar, görünür, reallığı qəbul etməkdə çətinlik çəkirlər.
Həmin şərhləri təqdim edirik:
Natiq Səlim,
KONKRET.az