AZ

Çılpaq qadın küçədə həmcinsini döydü ŞOK GÖRÜNTÜLƏR

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə çılpaq qadın küçədə dəhşətli anlar yaşadıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ədirnə şəhərində baş verib.

Kimliyi hələ müəyyən olunmayan bir qadın çılpaq halda küçəyə çıxaraq, yoldan keçən başqa bir qadına qəfil hücum edib. Hücum edən qadın yerə yıxdığı şəxsi sürükləməyə başlayıb. Ətrafdakı vətəndaşlar hadisəyə müdaxilə edərək, onu dayandırmağa çalışıblar. Şahidlərin bildirdiyinə görə, bəzi vətəndaşlar qadına təpik və yumruqla vurublar. Gərginlik bir neçə dəqiqə davam edib.

Həmin anlar ətrafdakı insanlar tərəfindən mobil telefon kameraları ilə saniyə-saniyə qeydə alınıb. Görüntülərdə çılpaq qadının yerdə olan qadının üstünə oturduğu və ətrafdakı insanların müdaxilə edərək onları ayırmağa çalışdığı anlar əks olunub.

Polis əməkdaşlarının əraziyə gələrək müdaxilə etdiyi və tərəfləri ayırdığı bildirilib. Çılpaq halda hücum edən qadının psixi sağlamlığının yerində olub-olmadığı isə aparılacaq tibbi müayinələrdən sonra dəqiqləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
lent.az

2Mənbələr