AZ

Axtarışda olan şəxsin qohumları polisləri əzdi VİDEO

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyədə əməliyyat zamanı polislə insanlar arasında qarşıdurma yaşanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Yıldırım rayonuna bağlı Esenler məhəlləsində baş verib. Polis uzun müddətdir axtarışda olan bir məhkumun ünvanını müəyyən edərək əməliyyat keçiriblər.

Cinayətkar saxlanılarkən onun qohumları polislərə hücum ediblər. Əməliyyata müdaxilə edən iki nəfər saxlanılıb. Digər bir şübhəli isə hadisə yerindən qaçmağa çalışarkən polis əməkdaşlarına və xidməti avtomobilə çırpılıb, daha sonra yüksək sürətlə uzaqlaşıb. Nəticədə bir polis əməkdaşı və mühafizəçi yaralanıb. O anlar kameralar tərəfindən qeydə alınıb.

Qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
lent.az

1Mənbələr