AZ

“Apple”dan YENİLİK: Telefonla üzünüzü skan edib…

“Apple” şirkəti videozənglər və realistik rəqəmsal avatarların yaradılmasına yönəlmiş texnologiya hazırlayan İsrail startapı TrueMeeting-i (əvvəllər CommonGround kimi tanınırdı) satın alıb.

Bizim.Media xəbər verir ki, sövdələşmə hələ yanvar ayında baş tutsa da, bu barədə məlumat yalnız indi - “Apple”ın bu texnologiyanı ötən il təqdim olunan “Vision Pro” ağıllı eynəklərinə inteqrasiya etməyə çalışdığı bir vaxtda yayılıb.

Startap Amir BasanEskanazi və Ran Oz tərəfindən təsis edilib. Onlar daha əvvəl “Optibase”, “Vcon” və “BigBand” videoşirkətləri ilə əməkdaşlıq ediblər.

“TrueMeeting” texnologiyası istifadəçiyə telefon vasitəsilə üzünü skan edib, real vaxtda mimika, jestlər və bədən dilini dəqiq şəkildə əks etdirən rəqəmsal avatar yaratmağa imkan verir. Bu da adi videozənglə şəxsi görüş arasındakı fərqi minimuma endirir.

“Apple” bu texnologiyanı “Vision Pro” üçün nəzərdə tutulmuş “Personas” funksiyasında istifadə etməyi planlaşdırır. “Personas” istifadəçiyə virtual məkanda fərdiləşdirilmiş rəqəmsal avatarla iştirak imkanı verir. İndiyədək bu funksiya qeyri-real görünüş və zəif oxşarlığa görə istifadəçilər tərəfindən tənqid olunurdu.

Satınalmadan öncə “TrueMeeting” “Grove Ventures”, “StageOne Ventures”, “Matrix Partners” və “Check Point”in qurucusu Gil Şved kimi şəxsi investorlar daxil olmaqla, ümumilikdə 45 milyon dollar sərmayə cəlb etmişdi. Təxminən 20 əməkdaş “Apple”ın İsraildəki inkişaf mərkəzinə keçib.
Sazişin maliyyə detalları açıqlanmır.

Bizim.Media

Seçilən
33
50
bizim.media

10Mənbələr