2025/2026 mövsümünə hazırlaşan "Turan Tovuz" "Sabah"ın futbolçu Abdulla Rzayevi icarəyə götürüb.
Offsideplus.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb.
A.Rzayev bundan öncə "Şamaxı", "Kəpəz" və "Araz-Naxçıvan"ın da formasını geyinib.
Qeyd edək ki, bu, "Turan Tovuz"un mövsümlərarası fasilədə heyətinə qatdığı ikinci futbolçu olub. Kurban Berdiyevin komandası ötən ay "Benfika"nın yetirməsi, Kabo-Verde yığmasının üzvü David Oliveyra Tavareşlə anlaşıb.