Bakı.Trend:
Ölkəmizə gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuşdüşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar.
Trend xəbərverir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Sosial XidmətlərAgentliyi İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, onlar Azərbaycan mədəniyyəti ilə tanışolacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək:
"Bu proqram 10 gün davam edəcək. Proqram çərçivəsində uşaqlarölkəmizin müxtəlif bölgələrinə səfərlər də edəcəklər".
"Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalıuşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlbolunub. Onların arasında valideynlərini itirən və müxtəliftravmalar yaşamış uşaqlar var", -.Z.İbrahimov qeyd edib.