AZ

Belaruslu səyyah: Azad olunmuş ərazilər beynəlxalq turizm üçün çox cəlbedicidir VİDEO

Ağdam, 10 iyul, T.Ağaməmmədov, AZƏRTAC

Bu gün biz Ağdamda, Qarabağ bölgəsindəyik. Bu ərazilər uzun müddət kədərlə dolu hadisələrin şahidi olub. Nəhayət, sülh bərpa olunub və mən buna görə çox şadam.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, belaruslu səyyah Yelizaveta Makey deyib.

“İndi bölgəni inkişaf etdirmək mümkündür. Biz burada iqtisadi artımı, çoxsaylı inşaat obyektlərini, insanların bu bölgənin inkişafı üçün necə böyük əzmlə çalışdıqlarını müşahidə edirik. Buna qəlbən sevinirəm. Hesab edirəm ki, bu ərazi turizm, ümumiyyətlə, beynəlxalq turizm üçün çox cəlbedicidir. Qarabağın şəhərlərinə səfər edəndə yeni tikilən binalarda gözəl və ənənəvi memarlıq üslublarını görmək olur. Qarabağ elə yerdir ki, burada tarixi duymaq, ənənəvi mətbəxin dadına baxmaq, dağ landşaftından həzz almaq mümkündür. Bölgənin çox gözəl havası var”, - deyə o əlavə edib.

 

Seçilən
24
2
azertag.az

3Mənbələr