AZ

İçkiləri dondurucuya qoymayın!

Yay aylarında içkiləri tez soyutmaq üçün onları dondurucuya qoymaq cazibədar görünsə də, bu vərdiş ciddi təhlükələr yarada bilər.

News24.az bildirir ki, xüsusilə şüşə butulkalarda saxlanılan içkilər dondurucuya qoyulduqda çatlama, qırılma, hətta partlama riski daşıyır. 

Şüşə materialı temperatur dəyişikliyinə qarşı həssasdır. Dondurucuda saxlanılan maye donduqca həcmi artır. Əgər butulka tam doludursa və ya içki qazlıdırsa, bu zaman yaranan daxili təzyiq şüşəni çatlada və ya partlada bilər. Bu, həm mətbəxdə dağıntıya, həm də təhlükəli xəsarətlərə səbəb ola bilər.

Qazlı içkilər (məsələn, mineral su, kola və s.) dondurucuda saxlanıldıqda içərisindəki karbon qazı genişlənir və şüşənin içindəki təzyiqi artırır. Bu isə şüşənin partlamasına şərait yaradır. Əgər içkini mütləq dondurmaq istəyirsinizsə, şüşə butulka yerinə plastik və ya istiyədavamlı qablar istifadə olunması tövsiyə olunur.



Seçilən
15
1
news24.az

2Mənbələr