AZ

Ursula fon der Lyayen: Avropa Ukraynanın yanında lazım olduğu qədər qalacaq » AzadMedia.az


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropanın Ukraynaya lazım olduğu qədər dəstək verəcəyini bəyan edib.

Məlumata görə, o, Romada Ukraynanın bərpası ilə bağlı konfransda deyib ki, Avropa İttifaqı (Aİ) münaqişənin əvvəlindən Ukraynaya davamlı dəstək göstərib və buna davam edəcək.

Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynanın ən böyük donoru olaraq qalır və təkcə bu il təxminən 165 milyard avro dəstək göstərib.

O, həmçinin konfrans çərçivəsində imzalanmış 1 və 3 milyard avro məbləğində yeni qrantların verilməsini, eləcə də Ukraynanın bərpası üçün yeni fondun - rekonstruksiya sahəsində dünyanın ən böyük birbaşa investisiya fondunun yaradılmasını elan edib. Onun fəaliyyətində xüsusi diqqət energetika, nəqliyyat, xammal sahələrinə yönəldiləcək. Fonda artıq İtaliya, Almaniya, Fransa, Polşa və Avropa İnvestisiya Bankı qoşulub.

Bundan əlavə, fon der Lyayen qeyd edib ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük yolunda növbəti addıma – təşkilata daxil olmaq ilə bağlı danışıqların ilk klasterini açmağa hazırdır.
Seçilən
35
2
azadmedia.az

3Mənbələr