Beynəlxalq Mülki Müdafiə Təşkilatının ( BMMT) Bakıda keçirilən sessiyasında baş katib məlum olub.
Viral.az APA-ya istinadən xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib.
Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.
Son Yazılar:
- Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi
- Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırıldı
- Əli Əsədov pakistanlı nazirlə görüşdü
BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.