AZ

Firdovsi Umudov IWF in rəhbər strukturunda bu şəxslərlə çalışacaq FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası “Məsləhət Qrupu”nun üzvlərinin adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovdan başqa qrupda cəmi 3 üzv yer alıb.

Gürcüstanlı üçqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu Kaxi Kaxiaşvili, Sinqapur Ağırlıqqaldırma Federasiyasının prezidenti Tom Liav və Şimali Koreya Respublikasının Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Sonq Nam Yanq IWF-in “Məsləhət Qrupu”nun üzvü olaraq fəaliyyət göstərəcəklər. Rəhbər strukturda Avropa ölkələrindən cəmi 2 təmsilçi yer alıb ki, onlardan da biri Firdovsi Umudovdur.

Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında 200-ə yaxın üzv ölkə təmsil olunur. IWF-in rəhbər heyətində əsasən aparıcı üzv ölkələrin nümayəndələri yer alıb. “Məsləhət qrupu”nun üzvləri 4 il müddətinə seçilir və onlar 2029-cu ilə kimi bu vəzifəni icra edəcəklər.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
icma.az

4Mənbələr