AZ

Ulduz futbolçu küsdü Real dan gedir

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Real Madrid”dən ayrıla biləcək ulduz futbolçu məlum olub.

Metbuat.az xəbər verir ki, Din Huijsen, Trent Alexander-Arnold və Franko Mastantuononun transferlərini həyata keçirən “Real”, Rodriqonu klubdan göndərə bilər. “Athletic”də dərc edilən xəbərə görə, həm klub, həm də məşqçi Xabio Alonso Rodriqonun getməsinə razılıq verib. Ulduz futbolçu ilə "Arsenal" klubunun maraqlandığı bildirilir. Məlumata görə, Rodriqonun atası və meneceri Erik Qoes komandadakı bəzi nüfuzlu futbolçuların münasibətinə görə, oğlunun arxa planda qalmasından narazılığını açıqlayıb.

Qeyd edək ki, 2019-cu ildə Braziliyanın "Santos" komandasından "Real Madrid"ə transfer olan Rodriqo İspaniya nəhəngində 269 matçda 68 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.

***

“Mançester Siti” türk futbolçu üçün sərvət təklif etdi

“Mançester Siti” "Yuventus"un gənc istedadı Kenan Yıldızı transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, “Mançester Siti” türk ulduz üçün 90 milyon avro təklif edib. “Fichajes”də dərc edilən xəbərə görə, İngiltərə nəhəngi mövsümün fasiləsində transferi reallaşdırmaq istəyir. Bildirilir ki, “Yuventus” futbolçusunu buraxmaq istəməsə də, böyük məbləğdəki təklifdən sonra transferə razılıq verə bilər. Məlumata görə, Kenan Yıldızın üç fərqli mövqedə oynaya bilməsi “Mançester Siti”nin məşqçisi Pep Qvardiolanın diqqətini çəkib. Kenan Yıldız həm hücumçu arxasında, həm də cinahlarda oynaya bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
metbuat.az

3Mənbələr