AZ

Nazir Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə 18-27 noyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Seçilən
44
17
musavat.com

10Mənbələr