Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentində ABŞ Prezident Administrasiyasının Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı Azərbaycanla Ermənistana təklif verdiyi barəsində informasiyaya şərh verilib.
"Armenpress" nəşrinin müvafiq sorğusunun cavabında ABŞ Dövlət Departamenti belə bir informasiyanın olmadığını bildirib.
Xəbər verdiyimiz kimi, rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi imkanını istisna etmir. Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların açılması funksiyasının beynəlxalq təşkilatlara verilməsinın mümkün olduğunu söyləyib.
Diplomat "Azadlıq radio"sunun erməni xidmətinə bildirib ki, Ermənistanın prinsiplərinə uyğun olacağı təqdirdə, bu variant reallaşa bilər.
Hürr Tərcüman