AZ

Belarus ordusu "Oreşnik"lərdən istifadəyə etməyə hazırdır

BAKI, 10 iyul. TELEQRAF

Belarus Silahlı Qüvvələri Rusiya istehsalı olan "Oreşnik" raket kompleksini mənimsəməyə və bu sahədə Rusiya ilə sıx əməkdaşlıq qurmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Pavel Muraveyko “SB. Belarus seqodnya” nəşrinə verdiyi müsahibədə bildirib.

“Bizim bunu mənimsəməyə hazır olan insanlar var ki, ondan istifadə etsinlər və ölkəmizin ərazisində belə silahlara malik bölmələrin fəaliyyətində rus qardaşlarımızla qarşılıqlı əlaqədə olsunlar”, - deyə Muraveyko qeyd edib.

O əlavə edib ki, hazırda “Oreşnik” kompleksləri ilə təchiz olunmuş hərbi bölmələrin yaradılması, onların maddi-texniki təminatı və inkişafı ilə bağlı bütün əsas məsələlər artıq həllini tapıb. Lakin Muraveyko bəzi detalları açıqlamaqdan imtina edərək, bütün kartları açmayacağını bildirib.

Qeyd edək ki, iyulun 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko da bu məsələ ilə bağlı çıxış edərək, “Oreşnik” kompleksinin yaxın vaxtlarda Belarusda yerləşdiriləcəyini və ilin sonuna qədər istifadəyə veriləcəyini bəyan etmişdi.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr