AZ

İran Ali Məhkəməsinə məxsus binada GÜCLÜ PARTLAYIŞ – Müharibə yenidən başladı?

İranın paytaxtı Tehranda, İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatına aid binada güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, yayılan görüntülərdə binanın yuxarı mərtəbələrində tüstü və dağıntılar müşahidə olunur. Partlayışın səsi uzaq məsafələrdən eşidilib – bu barədə müxalif iranlı jurnalistlər məlumat yayıblar.

Sosial şəbəkələrdə paylaşılan videolardan birində müəllif hadisənin “İsrail raketinin hədəfi” olduğunu iddia edir. Lakin rəsmi mənbələr bu məlumatı, xüsusilə də “İsrail izi” ehtimalını hələ ki təsdiqləməyib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr