İndi yayın necə deyərlər, ən qızmar vaxtlarıdır. Bu dövrdə, adətən, mövsümi meyvələrin qiymətində azalma müşahidə olunur. Lakin buna baxmayaraq, marketlərdə və bazarlarda satışa çıxarılan meyvələrin qiyməti hələ də “əl yandırır”. Piştaxtalarda təklif olunan meyvələrin qiymətində ötən aylarla müqayisədə o qədər də ciddi fərq müşahidə edilmir.Xüsusilə gilas və əriyin qiyməti bahadır. Bəs nə üçün mövsümi meyvələr baha satılır?
Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli Referans-a açıqlama verib. Ekspert bildirib ki, hazırda yay fəsli olmasına baxmayaraq bəzi bölgələrdə havanın temperaturu aşağı olduğuna görə həm meyvə həm də tərəvəzlərin yetişməsi dəyişir. Ona görə də meyvə-tərəvəzin bazara kütləvi çıxışı əngəllənir. Mütəxəssis bildirib ki, indi o kəndlərdən birindədir.
Müsahibimiz şahid olduğu vəziyyəti də bizimlə bölüşüb. O deyib ki, yayın əvvəlində yetişməli olan meyvə ağaclarının üstündə hazırda meyvə var. Məsələn iyun ayının 4 ü və 5-nə ərik və albalı tamamilə yetişib qurtarırdı. Amma bu gün ərik ağaclarının üstündə ərik var. Hələ də kaldır. Yəni havanın temperaturu imkan vermir ki meyvə-tərəvəz yetişsin.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, insanların hər nə qədər istidən hər nə qədər xoşu gəlməsə də, temperatur məhsulun yetişməsi üçün mütləq şərtdir. O da yoxdur. Özünüz də görürsünüz ki, havanın temperaturu ən yüksək qalxanda 27-28 dərəcəyə qalxır.
"Meyvələrin yetişməsi üçün temperatur 30 dərəcəni keçməlidir. Bu da məhsulun bazara kütləvi çıxışını əngəlləyir. Tələb təklifi üstələyir. Bu səbəbdən də qiymətlər artır. Havalar düzəlməyənə qədər də belə olacaq", deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans