AZ

Azərbaycanla BTİ arasında Akselerasiya Mərkəzinin yaradılması müzakirə edilib

Bakı. Trend:

Azərbaycanla BTİ arasında Akselerasiya Mərkəzinin yaradılmasıməsələsi müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsalinkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında payılaşımedib.

"Cenevrəyə səfər çərçivəsində Beynəlxalq Telekommunikasiyaİttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüşdük.18-27 noyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulanÜmumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülənişlər və bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə etdik.

Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsalekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin AkselerasiyaMərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-ninrəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədəfikir mübadiləsi apardıq", - deyə, paylaşımda qeyd edilib.

Seçilən
38
3
az.trend.az

10Mənbələr