AZ

Yelizaveta Makey: Qarabağ dünyanın hər yerindən gələn səyahətçiləri heyran edir

Qarabağ dünyanın hər yerindən gələn səyahətçiləri heyran edir.

"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ağdam şəhərində olan Belarus səyahətçisi Yelizaveta Makey bildirib.

"Bu gün biz Qarabağ regionundayıq. O, həqiqətən də bərpa işlərinin miqyası ilə heyrətləndirir. İqtisadiyyatın, infrastrukturun, memarlığın inkişafı və təbii landşaftlar güclü təəssürat yaradır", - o bildirib.

Y.Makeyin sözlərinə görə, səyyahlar Qarabağın sürətli inkişaf nümayiş etdirdiyi barədə yekdil fikirdədirlər.

"Hər il Qarabağın inkişafı sürətlənir. Bu, adi gözlə görünür və burada baş verən hər şey heyranlıq doğurur", - o qeyd edib.

Y.Makey Azərbaycanın adına sevindiyini və bölgəyə firavanlıq arzuladığını qeyd edib.

Seçilən
41
report.az

1Mənbələr