Dogru.az saytına istinadən ain.az xəbər verir.
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Doğru.az xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması gündəliyinə aid müxtəlif məsələlər müzakirə olunub. Tərəflər vurğulayıblar ki, birbaşa ikitərəfli dialoq mövcud problemlərin həlli baxımından ən effektiv formatdır və bu cür danışıqların davam etdirilməsi razılaşdırılıb.
Liderlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində əldə olunan irəliləyişləri müsbət qiymətləndirərək, bu istiqamətdə əməli addımların davam etdirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar veriblər.
Görüş çərçivəsində etimad quruculuğu tədbələrinin və birbaşa danışıqların davam etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana göstərdiyi qonaqpərvərlik və görüşün təşkilinə görə təşəkkür ediblər.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.