AZ

Aİ Ukraynanın bərpası üçün 2,3 milyard avroluq yeni yardım paketi açıqladı

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukraynanın bərpa və yenidənqurma səylərini dəstəkləmək məqsədilə 2,3 milyard avro məbləğində yeni yardım paketi təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Ursula fon der Leyen İtaliyanın paytaxtı Romada keçirilən Ukraynanın Bərpası Konfransında çıxışı zamanı bildirib ki, imzalanmış 2,3 milyard avroluq sazişlər nəticəsində ümumilikdə 10 milyard avroya qədər investisiyanın cəlb olunması planlaşdırılır. Bu vəsaitlə evlərin bərpası, xəstəxanaların yenidən açılması, biznesin dirçəldilməsi və enerji təhlükəsizliyinin təmin olunması nəzərdə tutulur.

“Bu, həmrəyliyin real təzahürüdür. Ukrayna hər gün Aİ-yə daha da yaxınlaşır – energetika, təhsil, rouminq və mədəniyyət sahələrində. Avropa bu gün və sabah da Ukraynanın yanındadır”, – deyə fon der Leyen vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr