AZ

Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və xeyriyyəçilərin maddi dəstəyi ilə rayonda bir sıra sosial layihələr həyata keçirilir. Son aylarda Ərkivan qəsəbəsi, Təzə Alvadı, Qızılağac və Böyük Xocavar kəndlərində yanğın nəticəsində yararsız vəziyyətə düşmüş evlərin yenidən tikintisi və təmiri, həmçinin aztəminatlı ailələr üçün yeni fərdi yaşayış evlərinin inşası həyata keçirilir.

Ərkivan qəsəbəsində yanğın nəticəsində tam yararsız hala düşmüş bir fərdi yaşayış evi xeyriyyəçilərin dəstəyi ilə yenidən tikilərək ailənin istifadəsinə verilmiş, digər bir evin tikintisi isə davam etdirilir. Böyük Xocavar kəndində də yanğın zamanı evini itirən bir vətəndaş üçün yeni ev tikilib, həmçinin digər bir vətəndaşın evinin dam örtüyü və mətbəxi əsaslı təmir olunub.

Təzə Alvadı kəndində aztəminatlı bir ailə üçün yeni evin tikintisi hazırda davam edir. Qızılağac kəndində isə aztəminatlı bir ailə üçün yaşayış evi tikilmiş, hazırda evdə son tamamlama və təmir işləri aparılır.
Bu layihələrin həyata keçirilməsində əsas məqsəd yanğın nəticəsində evsiz qalan və ya ağır sosial durumda yaşayan ailələrin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və onlara dəstək göstərməkdir.
Seçilən
14
1
azadmedia.az

2Mənbələr