AZ

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi – FOTOLAR

  Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.

Referans APA-ya istinadən bildirir ki, iyulun 5-də Almaniyanın Münhen şəhərində təhsil alan tələbə Kənan Camal oğlu Səfərovun meyiti yaşadığı ünvanda tapılıb.

Bu gün Kənan Səfərovun meyiti Azərbaycana, doğulduğu Lənkəran rayonunun Digah kəndinə aparılıb.

Vida mərasimindən sonra o, Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yaxınlarının dediyinə görə, ilkin versiya olaraq Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.

Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı. Buna qədər isə o, anası ilə Bakı şəhərində yaşayıb./Globalinfo.az  


AlmaniyadaAlmaniyada

Seçilən
19
21
referans.az

10Mənbələr