Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 10-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı nəqliyyat vasitəsi sıradan çıxıb. Xəsarət alanın olduğu bildirilir.
Qeyd edək ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.