AZ

Ramiz Məmmədov: “Məqsəd “Mingəçevir”i çempion etməkdir”

“Mingəçevir”in baş məşqçi postuna yeni təyin olunmuş Ramiz Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, Birinci Liqa klubunun rəhbərliyinə etimada görə təşəkkür edib:

“Klub rəhbərliyinə təşəkkür edirəm ki, etimad göstərərək dəvət göndərdilər. Onların bu güvənini doğrultmağa çalışacağıq. Mingəçevir mənim üçün doğma şəhərdir. Burada futbola başlamışam, oyunçu-məşqçi, kapitan olmuşam. Üstəlik, Mingəçevirdə iki dəfə final oynamışam.

Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq. İlk növbədə komanda yığmalıyıq. Hər mövqeyə – qapıdan tutmuş hücum xəttinə qədər – oyunçu alınmalıdır. Tanıdığım, təcrübəli və perspektivli futbolçuları dəvət etməyə çalışacağam.

Məqsəd “Mingəçevir”i çempion etməkdir! İnşallah, yaxın günlərdə hazırlıq planı qurub hədəfə çatmaq üçün işə başlayacağıq. Bildiyimə görə, çempionat sentyabrda başlayacaq. Yəni vaxtımız var”.

Xatırladaq ki, Ramiz Məmmədov “Mingəçevir”in baş məşqçisi vəzifəsində Füzuli Məmmədovu əvəz edib. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Son illərdə “Şamaxı”da çalışan Məmmədov əvvəllər “Qəbələ”nin, “Keşlə”nin, Qazaxıstanın “Atırau” komandasının da baş məşqçisi olub.

Seçilən
42
11
arena.az

10Mənbələr