AZ

Rusiya klubu argentinalı dünya çempionuna görə 35 milyonundan keçməyə hazırdır

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Zenit" "Botafoqo"nun yarımmüdafiəçisi Tiaqo Almadanın transferində maraqlıdır. Sport24.az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, Rusiya klubu Argentina millisinin futbolçusu üçün 35 milyon avro təklif edib.

24 yaşlı futbolçunun isə "Benfika"ya keçmək istədiyi bildirilir. Portuqaliya klubu Almadanın transferi üçün 26 milyon avro və gələcəkdə başqa kluba keçidindən əldə olunacaq vəsaitdən 60 faiz təklif edir.

Qeyd edək ki, Almada 2022-ci ildə Argentina millisi ilə dünya çempionatının qalibi olub.Hücummeyilli yarımmüdafiəçi yığmada 10 oyun keçirib və 4 qol vurub. Yarımmüdafiəçi 2024/25 mövsümünün ikinci yarısında "Lion"da icarə əsasında çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
sport24.az

1Mənbələr