AZ

Daha bir jurnalistə vəzifə verildi

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Bakupost.az xəbər verir ki, bu vəzifəyə şöbənin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev təyin edilib.

Təyinatla bağlı xəbəri Bəxtiyar Hacıyev Trend-ə təsdiqləyib.

O bildirib ki, yeddi aya yaxın idi ki, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi ona həvalə olunmuşdu.

"İyulun 6-da azadlığına qovuşmuş Xankəndi şəhərində jurnalistlərə açıqlama verərkən jurnalistlərə özümü şöbə müdiri kimi təqdim etmişəm. Hesab edirəm ki, təyinatımı elan etmək üçün bundan gözəl yer ola bilməz. Mənim 15 illik jurnalist karyeram var. İndi də bu sahəyə çox yaxınam, media nümayəndələri ilə işləyirəm. Həmkarlarımla bundan sonra da sıx işləməyə davam edəcəyəm", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
15
www.bakupost.az

10Mənbələr