AZ

“HƏMAS la razılaşma yaxındır” Netanyahu

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İsrail Baş naziri Benyamin Netanyahu rəsmi səfər etdiyi ABŞ-də Qəzzada 60 günlük atəşkəsin əldə olunmaq üzrə olduğunu bildirib. 

Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Netanyahu HƏMAS-la razılaşmanın yaxın olduğunu deyib:“60 günlük bir atəşkəsdən bəhs edirik. Bu çərçivədə HƏMAS-ın əlində olan girovların yarısı canlı, yarısı ölü olaraq geri qaytarılacaq. Məncə, razılaşmaya varmaq ehtimalı yüksəkdir".

Netanyahu səfəri çərçivəsində Prezident Tramp ilə görüşdükdən sonra bəzi KİV-lərdə yayılan “fələstinlilərin zorla çıxarılması” ilə bağlı xəbərlərə də münasibət bildirib:“Biz heç kimi zorla çıxarmırıq. Bu, Prezident Trampın təklifi deyildi. Onun təklifi, sadəcə, onlara bir seçim təklif etməkdən ibarət idi".

İsrail Baş naziri bildirib ki, Tramp ilə Qəzzada ortaq hədəfləri paylaşırlar:“Qəzzadakı HƏMAS idarəsini sona çatdıracağıq. Qəzzanın İsrail üçün təhdid yaratmasının qarşısını alacağıq. Bu ortaq hədəfə çatmaq üçün ortaq strategiya və taktikalarımız var".

ABŞ Prezidenti Donald Tramp isə mövzu ilə bağlı açıqlamasında anlaşmaya çox yaxın olduqlarını deyib:“Yəqin ki, bir razılaşmaya çox yaxın olduğumuzu deyə bilərəm. Bu gizlidir ya yox, bilmirəm, amma bu mənim üçün vacib deyil. Əgər sirlər bizi istədiyimiz nəticəyə çatdırırsa, faydalıdır. Atəşkəs istəyirik, sülh istəyirik. Girovların geri qaytarılmasını istəyirik. Və düşünürəm ki, buna yaxınıq".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
50
azpolitika.info

10Mənbələr