AZ

Mədəniyyət müəssisələrinin təmiri üçün yeni tenderlər elan edilib - ŞƏRTLƏR

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən iki uşaq musiqi məktəbinin əsaslı təmir işləri ilə bağlı yeni tenderlər elan olunub.

“BakuBus” elektrikli avtobuslar aldı: 102 milyon manatlıq tenderi kim uddu?

FED.az xəbər verir ki, birinci tender Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən uşaq musiqi məktəbinin əsaslı təmirinə aiddir. Layihə üzrə ehtimal olunan qiymət 302.267,72 AZN təşkil edir. Maraqlı tərəflər 01 avqust 2025-ci il saat 10:00-a qədər təkliflərini təqdim edə bilərlər. Elə həmin tarixdə və saatda zərflər açılacaq. İştirak haqqı 350 AZN müəyyən edilib.

İkinci tender isə Qobustan rayonunun Təklə kəndində yerləşən uşaq musiqi məktəbinin əsaslı təmir işlərinə aiddir. Bu layihənin ehtimal olunan dəyəri 295.278,48 AZN səviyyəsindədir. Təkliflərin qəbul və açılış tarixi, eləcə də saatı əvvəlki tenderlə eynidir – 01 avqust 2025, saat 10:00. Bu tender üçün də iştirak haqqı 350 AZN təşkil edir.

Hər iki tender üzrə əlaqələndirici şəxs Elmir Murquzovdur – Satınalma mütəxəssisi. Suallar və əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edilə bilər:

[email protected]
+994 12 565 01 47 (daxili 448)

Seçilən
4
fed.az

1Mənbələr