
“4 milyondan çox ukraynalı öz yaşayış yerlərinə qayıdıb, onlardan bir milyondan çoxu xaricdən gəlib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Millətlər Təşkilatının nəznində olan Miqrasiya Təşkilatının bəyanatında deyilir.
“Milyonlarla insan Ukraynaya qayıtmağa başlayıb. BMT-nin məlumatına görə, 4 milyondan çox insan öz icmalarına, o cümlədən 1 milyondan çoxu xaricdən qayıdıb”, - mətndə qeyd edilir.
Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Emi Popun sözlərinə görə, onun qurumu xaricdə yaşayan məcburi köçkünlərə və ukraynalılara öz evlərinə qayıtmaq imkanı əldə etmək üçün dəstək olmaq istəyir. BMT-nin məlumatına görə, təxminən 4 milyon ukraynalı məcburi köçkün olaraq qalır və daha 5 milyon ukraynalı qaçqın Avropa ölkələrində yaşamağa davam edir.