AZ

Dəhşətli cinayət:20 yaşlı stüardessa yaxtada ölü tapıldı - FOTO

Baham adalarının məşhur Harbor adası yaxınlığında dayanan 13 milyon dollarlıq “Far From It” adlı lüks yaxtada işləyən 20 yaşlı stüardessa Peys Bel faciəvi şəkildə ölü tapılıb.

Avtosfer.az xəbər verir ki, cənubi afrikalı gənc qadının cəsədi yaxtanın maşın otağında aşkarlanıb. Eyni yaxtada çalışan 39 yaşlı meksikalı texnik isə hadisə yerində ağır yaralı vəziyyətdə tapılıb və qətldə şübhəli bilinərək nəzarətə götürülüb.

Polis onun bıçaqla özünə xəsarət yetirdiyini və qətl-intihara cəhd ehtimalının araşdırıldığını bildirib. Qətlin motivi hələlik məlum deyil.

Peycin ailəsi açıqlamasında Baham adalarına yola düşdüklərini, ədalət tələb etdiklərini bildirib:

“Bu ağrı izaholunmazdır. Qızımızı meyitini gətirmək üçün gedirik”.

Hadisə baş verən vaxt sevgilisi onun 21 yaşını qeyd etmək üçün yaxtada sürpriz ad günü etməyi planlaşdırırdı.(medianews.az)

2020 yaşlı stüardessa yaxtada ölü tapıldı 2" />

2020 yaşlı stüardessa yaxtada ölü tapıldı 3" />

2020 yaşlı stüardessa yaxtada ölü tapıldı 4" />

Seçilən
9
1
avtosfer.az

2Mənbələr