AZ

Edin Cekonun yeni klubu rəsmən açıqlandı

"Fiorentina" 39 yaşlı hücumçu Edin Cekonun transferini rəsmən elan edib.

Publika.az xəbər verir ki, tərəflər bir illik müqavilə imzalayıb. Sazişdə əlavə bir mövsüm üçün uzadılma imkanı da nəzərdə tutulub.

Ceko ötən mövsüm Türkiyənin "Fənərbaxça" klubunda çıxış edib və Super Liqada 35 oyuna 14 qol vurub.

Bosniyalı futbolçu karyerası ərzində "İnter", "Roma", "Mançester Siti" və "Volfsburq" klublarının da formasını geyinib.

Seçilən
42
publika.az

1Mənbələr