AZ

Professor M.Mərdanov elmi nəşirlərə verilən müasir tələblər mövzusunda təcrübəsini AzMİU alimləri ilə bölüşdü (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmitədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq elmi mühitəinteqrasiyanın sürətləndirilməsi və elmi nəşrlərin keyfiyyətininartırılması istiqamətində mühüm təşəbbüslər davam edir. Buçərçivədə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanikaİnstitutunun direktoru, görkəmli alim, professor Misir Mərdanovun“Nüfuzlu elmi jurnalın hazırlanması yolları” mövzusunda seminarıtəşkil olunub.

Seminarda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova,universitet rəhbərliyi, müxtəlif fakültələrin professor-müəllimheyəti və elmi tədqiqatla məşğul olan əməkdaşlar iştirakediblər.

Seminarı giriş nitqi ilə açan rektor professor GülçöhrəMəmmədova mövzunun aktuallığını vurğulayaraq bildirib ki, elmininkişafında və biliklərin paylaşılmasında nüfuzlu elmi jurnallarmühüm rol oynayır. Onun sözlərinə görə, yüksək impakt faktorlujurnallarda dərc olunan tədqiqatlar bir tərəfdən universitetlərinbeynəlxalq reytinqlərdə yer almasına, digər tərəfdən isə dövlətinelm siyasətinin qlobal elmi ictimaiyyətdə tanınmasına mühüm töhfəverir.

“Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq məqsədimizelmi tədqiqatların keyfiyyətini daha da yüksəltmək, gənctədqiqatçıları təşviq etmək və elmi nəticələrin beynəlxalqsəviyyədə yayımına imkan yaradacaq platformalar formalaşdırmaqdır.Seminar da məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bubaxımdan nüfuzlu elmi platformarda yer alan 3 elmi jurnalı olan ETNRiyaziyyat və Mexanika İnstitutunun təcrübəsi maraqlıdır”, – deyərektor qeyd edib.

Daha sonra seminarın məruzəçisi professor Misir Mərdanov geniştəqdimatla çıxış edib. Alim çıxışında yalnız nüfuzlu elmi jurnalınhazırlanması yolları ilə kifayətlənməyərək, eyni zamanda elminəşrlərin dünyada və Azərbaycanda tarixi inkişaf mərhələləri,müasir elmi kommunikasiya mexanizmləri barədə də geniş məlumatverib.

Professor Misir Mərdanov qeyd edib ki, elmi jurnalların əsasıhələ XVII əsrdə Avropada qoyulub və bu günə qədər həmin jurnallarnəşr olunur. Azərbaycanda isə elmi nəşrçilik ənənələrinin əsasınınXIX əsrin sonlarında qoyulduğunu qeyd edən alim son illər buistiqamətində ciddi irəliləyişlərin müşahidə olunduğunubildirib.

Təqdimat zamanı alim nüfuzlu elmi jurnalların indeksləşdirildiyiəsas beynəlxalq bazalar – “Web of Science”, “Scopus”,“Google Scholar”, DOAJ və digər platformalar barədədanışıb, bu bazaların hər birinin xüsusiyyətlərini və qəbulmeyarlarını izah edib. O, H indeksi, impaktfaktor, “cite score”, Q1–Q4 kvartillərikimi göstəricilərin elmi məqalə və jurnalların nüfuzunuqiymətləndirməkdə əsas kriteriyalar olduğunu qeyd edib.

“Bu göstəricilər təkcə rəqəmlər deyil, eyni zamanda tədqiqatınkeyfiyyəti, aktual mövzulara toxunması və elmi ictimaiyyəttərəfindən nə qədər istinad olunması barədə mühüm siqnallardır. Biruniversitetin və ya bir ölkənin elmi nüfuzunu artırmaq üçün məhz buparametrlərə diqqət etmək vacibdir,” – deyə Misir Mərdanovvurğulayıb.

Alim jurnalların müasir tələblərə uyğun təkmilləşdirilməsi üçünpraktik tövsiyələr də verib – jurnalın redaksiya heyətininformalaşdırılması, rəy prosesinin obyektiv təşkili, beynəlxalqmüəllif və oxucu auditoriyasının cəlb edilməsi, plagiatla mübarizə,eləcə də jurnalların ingilis dilində dərc olunmasının vacibliyiseminarın əsas müzakirə mövzularından olub.

Seminar sual-cavab və müzakirə sessiyası ilə davam etdirilib.AzMİU əməkdaşları müxtəlif texniki və strateji suallar verərək,universitetdə beynəlxalq standartlara uyğun elmi jurnal yaradılmasıtəşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib vəAzMİU-nun elmi potensialının gücləndirilməsi, gənc tədqiqatçılarınmotivasiyasının artırılması, eləcə də universitetdə elmifəaliyyətin sistemli və keyfiyyətli şəkildə qurulmasına xidmət edənmühüm tədbir kimi dəyərləndirilib.

Professor
Professor
Professor
Professor
Professor
Professor
Professor
Professor
Məqalədə:
Seçilən
152
1
az.trend.az

3Mənbələr