AZ

"Nvidia" dəyəri 4 trilyon dollara çatan ilk şirkət oldu

Son illərdə süni intellekt sektoruna yönələn çip inkişafları ilə böyük uğurlar qazanan "Nvidia" ilə bağlı diqqətçəkən bir yenilik yaşanıb. 

Valyuta.az xəbər verir ki, səhmləri ardıcıl yüksələn şirkət bazar dəyəri 4 trilyon dollara çatan ilk şirkət kimi tarixə düşüb. Hazırda "Nvidia"nın bazar dəyəri 3,97 trilyon dollar səviyyəsindədir.
Şirkət  iyun 2023-cü ildə 1 trilyon dollarlıq bazar dəyərinə çatmışdı. Süni intellekt çipləri üzərində çalışan "Nvidia" sektorun böyüməsi və çip satışlarının zirvəyə qalxması nəticəsində misli görünməmiş bir uğura imza atdı.

1 yanvar 2025-ci ildən bu yana şirkətin səhmləri 22 faiz dəyər qazanıb. Aprel 2025-ci ildəki eniş nöqtəsi ilə müqayisədə səhmlər 74 faiz artım göstərib. ABŞ-ın 500 ən böyük şirkətini əhatə edən S&P 500 indeksində ən böyük pay 7,3 faizlə "Nvidia"ya aiddir. "Apple" və "Microsoft"un payları isə müvafiq olaraq 7 və 6 faiz səviyyəsindədir.

Dünyanın ən böyük şirkətlərinin cari bazar dəyərləri belədir:

Sərvanə Rəmixanova

Seçilən
2
valyuta.az

1Mənbələr