
ABŞ-də qızılcaya yoluxma halları son 25 ilin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilir ki, bu il 1270-dən çox belə hal qeydə alınıb.
“Bu rəqəm 2019-cu ildə müəyyən olunmuş əvvəlki rekordu keçib. Mütəxəssislər hesab edirlər ki, real yoluxma sayı daha çox ola bilər, çünki bir çox halların rəsmi olaraq qeydə alınmadığı güman edilir”, - məlumatda deyilir.
Qeyd edək ki, bu il ABŞ-də qızılcadan üç nəfər ölüb – onların ikisi uşaq olub.
CNN-in məlumatına görə, bu şəxslərin heç biri peyvənd olunmayıb.