Ajans.az cnnturk-ə istinadən xəbər verir ki,İstanbul Boğazının Bebek xəttində, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) iclas qərarı ilə sökülməsinə qərar verilən sahələrdə söküntü işlərinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi,Beşiktaşda yerləşən Bebek, Arnavutköy, Kuruçeşme və Ortaköy məhəllələrində — Bebek məscidindən başlayaraq 15 İyul Şəhidlər Körpüsünə doğru sahil boyunca bəzi tikililərin dənizə doğru icazəsiz şəkildə genişləndirildiyi, əlavə mərtəbələr tikildiyi və fasad yeniləmələrinin aparıldığı barədə Mühafizə Bölgə Şurası Müdirliyinə daxil olan məlumatlar əsasında araşdırmalara başlayıb. Sahədə aparılan mütəxəssis araşdırmalarından sonra, 2025-ci ilin əvvəlindən etibarən keçirilən Mühafizə Şurası iclaslarında ümumilikdə 106 daşınmaz əmlakla bağlı qərar qəbul edilib. Bu çərçivədə, 49 daşınmazda aparılan qanunsuz müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Qeydiyyatsız daşınmazlarla bağlı 42 iş üzrə əlavə məlumat və sənədlər tələb edilib, 15 daşınmazda isə əvvəllər qəbul edilmiş qərarların icrası istənilib.