Madrid “Atletiko”sunun 30 yaşlı argentinalı sağ cinah hücumçusu Anxel Korrea bundan sonra “UANL Tiqres”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Tiqres”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Meksika klubuna 8 milyon avro məbləğ müqabilində başa gəlib.
Anxel Korrea “San-Lorenso”nun məzunudur. Hücumçu, böyük futolda doğma klubundan başqa Madrid “Atletiko”su üçün oynayıb.
2024/2025-ci illər mövsümündə Korrea “döşəkçilər” üçün 48 oyuna 8 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Korreanın “Atletiko” karyerası bütövlükdə 469 oyun, 88 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Anxel Korrea 2015-ci ilin sentyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 28 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı sağ cinah hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.