AZ

Niderland Ukraynanın bərpası üçün 2025 və 2026-cı illərdə 300 milyon avro ayıracaq

Niderland hökuməti Ukraynanın bərpasına dəstək məqsədilə 2025 və 2026-cı illərdə 300 milyon avro vəsait ayıracaq. Bu barədə ölkənin xarici işlər naziri Kaspar Veldkamp məlumat verib.

Bloomberg agentliyinin yazdığına görə, bu vəsaitin 52 milyon avrosu 2025-ci ildə Ukraynada enerji infrastrukturu və su təchizatı sistemlərinin bərpasına yönəldiləcək. Daha 30 milyon avro isə ölkənin bərpası və dayanıqlı inkişafına töhfə verən holland şirkətləri və təşkilatlarının dəstəklənməsi üçün ayrılacaq.

Qeyd olunur ki, bu maliyyə yardımı Niderlandın Ukraynaya qeyri-hərbi dəstək məqsədilə əvvəl ayırdığı təxminən 500 milyon avronun bir hissəsidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr