AZ

Tənbəlliyə qalib gəlməyin sadə yolu: “5 dəqiqə” qaydası

Tənbəllik hissindən xilas olmaq düşündüyünüz qədər çətin deyil. İspaniyalı psixoloq Patrisiya Ramirez bu vəziyyətdən çıxmaq üçün sadə, amma təsirli bir üsul təklif edir — "5 dəqiqə" qaydası.

“Yalnız 5 dəqiqəlik başlayın”

News365.az-ın məlumatına görə, psixoloq "Hola" nəşrinə verdiyi açıqlamada bildirib ki, insan özünü tənbəl hiss edəndə, qarşısına çox kiçik bir məqsəd qoymalıdır:

“Özünüzə söz verin ki, hansısa işi sadəcə 5 dəqiqə görəcəksiniz. Əgər bu müddət keçəndən sonra davam etmək istəmirsinizsə, dayanmağa haqqınız var” – deyə Ramirez vurğulayıb.

Ancaq o da əlavə edir ki, çox zaman insanlar başladıqdan sonra işi dayandırmaq istəmirlər və avtomatik olaraq sona qədər davam edirlər. Bu isə göstərir ki, əsas çətinlik ilk addımı atmaqdır.

Tənbəllik və prokrastinasiya eyni deyil

Digər bir mütəxəssis — həkim Maria Sançes isə diqqətə çatdırır ki, tənbəlliklə prokrastinasiya eyni şey deyil. Onun sözlərinə görə, prokrastinasiya daha çox insanın müəyyən tapşırıqların yaratdığı emosional gərginlikdən qaçmaq üçün istifadə etdiyi bir müdafiə mexanizmidir.

Nəticə etibarilə, tənbəlliklə mübarizədə əsas məsələ – başlamaqdır. Sadəcə 5 dəqiqəlik iradə ilə böyük işlərin öhdəsindən gəlmək mümkündür.

Seçilən
49
news365.az

1Mənbələr