Cümə axşamı, iyulun 10-da Rusiyanın dörd şəhərində eyni vaxtda hava rekordları qeydə alınacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Telegram kanalında xəbərdarlıq edib.
Sinoptikin məlumatına görə, mərkəzi zonada termometrlər 30-35 dərəcə isti göstərəcək. Cənub rayonlarında isə istilər 35-40 dərəcəyə çatacaq. Anormal yüksək temperatur bu gün üçün görünməmiş istilərin bir sıra qeydləri ilə müşayiət olunacaq.
“Meteostatistika Rostov-na-Donu, Luqansk , Kaluqa və Moskvada yenidən yazılacaq. Donetsk, Tula, Ryazan və Bryansk da yeni gündəlik maksimumların müəyyən edilməsinə çox yaxın olacaq “, – Tişkovets bildirib.
Meteoroloq əlavə edib ki, Moskvada hava +32-35 dərəcəyə qədər istiləşə və termometr 33,4 dərəcəni göstərən 1996-cı ildəki istilik rekordunu qıra bilər. Cümə günü, iyulun 11-də paytaxtda istilər davam edəcək. Həftəsonu şimşək çaxacağı ehtimalı var, sinoptik belə qənaətə gəlib.