AZ

Qarşıdabizihamar olmayan, son dərəcə çətin bir mərhələgözləyir-Şəbnəm HƏSƏNOVA - ÖZƏL

"Son zamanlar Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşün keçirilməsi nə qədər müzakirə edilirdisə, buna paralel olaraq hər iki ölkənin Rusiya ilə olan münasibətləri də siyasi debatlarda əsas mövzu idi. Məsələ ondan ibarətdir ki, Rusiya-Qərb rəqabəti son zamanlarda Cənubi Qafqazda özünü daha kəskin büruzə verməyə başladılmışdı."  Bu  fikirləri  "Olaylar"-az-a   Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA deyib: "Sanki tək mərkəzdən idarə olunan müəyyən bir qrup hadisələrin eskalasiyasında maraqlı idi və bu istiqamətdə düyməyə basılmışdı. Söhbət həm Ermənistan, həm də Azərbaycandan gedirsə, yanaşma isə qarşı tərəfdən tamamilə fərqli olmalı idi. Buna baxmayaraq bizə qarşı münasibətdə çox kəskin addımların şahidi olduq. Azərbaycan isə son dərəcə təmkinli addımlar atır, obrazlı mənada ifadə etsək sanki alovun regionumuza sıçradılmasına belə icazə vermirdi. Zənnimcə, Rusiyanı hiddətləndirən tək olmasa da, ən önəmli məsələ elə bu idi. 
Azərbaycan Lideri addımlarını son dərəcə korrekt hesablayır, səlis məntiqlə hərəkət edirdi. Beynəlxalq səviyyədə əlaqələrimiz genişləndirilirdi. Bu əlaqələrin mükəmməl səviyyədə olduğu aktorlardan biri də BƏƏ idi. Bu dövlətin Azərbaycanla münasibətlərinə əlavə olaraq Ermənistana da yatırdığı sərmayelər ondan xəbər verirdi ki, onun maraqları Cənubi Qafqazda geniş və uzunömürlüdür. Hadisələrin bu cür inkişaf tendensiyasında neytral tərəf kimi məhz BƏƏ-ə üz tutulması da təsadüf olmadı. Məsələ həm də ondan ibarətdir ki, BƏƏ bu məsələdə vasitəçi olmadı, sadəcə müzakirələr üçün meydan təqdim etdi. Cənab Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşündən tutmuş digər rəsmilərlə son dərəcə mükəmməl diplomatik davranış qaydaları sərgiləyərək görüş üçün addım atması, davamında qarşı tərəfdən atılan addım ondan xəbər verir ki, müzakirələrin istiqamətini verən dövlət başçımız həm də diplomatiyanın etiket qaydalarının necə olmalı olduğunu əyani nümayiş etdirir. 
Sülh gündəliyinin vacib istiqamətləri olan sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı olduqca ciddi və geniş diskussiyanın aparılması bir tərəfdən görüşün konstruktiv ruhunun göstərcisidirsə, digər tərəfdən proseslərin önə doğru aparılması istiqamətində hər iki tərəfin ortaq iradəyə sahib olduğundan xəbər verir. Bundan sonra nəzərdə tutulan bu məsələlər müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməli, əldə olunan ümumi razılığın pozulmaması, irəliyə doğru aparılması istiqamətində ortaq siyasi iradə də qorunub saxlanılmalıdır. Qarşıda isə hamar olmayan, son dərəcə çətin bir mərhələ bizi gözləyir. Bu baxımdan tərəflər sayıq davranmalıdır."

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr